"Sumqayıt"ın qapıçısı "Mançester Yunayted"də

13:57 - 8 İyun 2015

5 uşaq hazırlıq keçəcək

 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakcell şirkətinin birgə təşkilatçılığı ilə iyunun 1-dən etibarən Bayıl stadionunda keçirilən “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinin təlim-məşq toplanışı başa çatıb.

 

Sportal.az xəbər verir ki, toplanışın son günündə 34 uşaq arasından seçilən və İngiltərənin Mançester şəhərinə - "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində hazırlıq keçməyə göndəriləcək uşaqlar müəyyənləşdirilib. 5 nəfərlik siyahıda "Sumqayıt" Futbol Klubunun akademiyasının üzvü Cavid Fərzəliyev də yer alıb. Siyahını diqqətinizə çatdırırıq:


Cavid Fərzəliyev – qapıçı (Sumqayıt)ihad Xәlilli (Sumqayıt)
Nihad Fərəci (Gəncə)
İbrahim Ağayarov (Bakı)
Elmar Әzizov – qapıçı (Xaçmaz)

Xəbər xətti