"Qəbələ"nin Akademiyasında seçimlər davam edir VİDEO

15:32 - 9 İyun 2015

Regionda futbol

 

"Qəbələ" Futbol Akademiyasında aşağı yaş qrupları üzrə seçimlər davam edir.

 

Sportal.az xəbər verir ki, seçimlərə Yevlaxdan olan, 2003, 2004, 2005 və 2006-cı il təvəllüdlü futbolçular da qatılıblar.

 

Futbolçulardan bəziləri seçimlərin 1-ci və 2-ci mərhələlərini uğurla keçiblər. Avqust ayında isə seçimlərin final mərhələsi baş tutacaq. Yevlaxdan olan futbolçular həmin mərhələdə də fərqlənsələr, Qəbələ Futbol Akademiyasının aşağı yaş qruplarının komandalarında forma geyinəcəklər.

 

Xəbər xətti