Çempionlar Liqasının rəmzi yığması açıqlandı

03:05 - 10 İyun 2015

UEFA-nın tərtib etdiyi siyahıda kimlər yer aldı?
 
UEFA Çempionlar Liqasının rəmzi yığma komandasının siyahısını tərtib edib.
 
Sportal.az xəbər verir ki, 18 nəfərlik heyətdə “Barselona”dan 10, “Yuventus”dan isə 5 futbolçu yer alıb.
 
ÇL-da yarımfinala qədər irəliləyən Madrid “Real”ının 2 futbolçusu simvolik komandaya düşə bilib.   
 
Qapıçılar: Ter Ştegen (“Barselona”), Buffon (“Yuventus”)
 
Müdafiəçilər: Pike, Maskerano, Alba (“Barselona”), İvanoviç (“Çelsi”), Kyellini (“Yuventus”)
 
Yarımmüdafiəçilər: Rakitiç, İnyesta, Buskets (“Barselona”), Markizio, Pirlo (“Yuventus”), Kroos (“Real M.”)
 
Hücumçular: Suares, Neymar, Messi (“Barselona”), Morata (“Yuventus”), Kristiano Ronaldo (“Real M.”)
 

Xəbər xətti