"Spartak"ın yeni baş məşqçisi məlum oldu

14:56 - 10 İyun 2015

Baş məşqçi vəzifəsinə Dmitri Aleniçev təyin edilib
 
Rusiyanın "Spartak" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, klubun direktorlar şurasının bugünkü qərarı ilə baş məşqçi vəzifəsinə Dmitri Aleniçev təyin edilib. O, istefaya göndərilən Murat Yakını əvəzləyib.
 
Qeyd edək ki, D.Aleniçev futbolçu olduğu dönəmdə "Spartak"da (1994-1998, 2004-2006) oynayıb. Onun son iş yeri Tula "Arsenal"ı olub.

Xəbər xətti