"Qranada" millimizin üzvündən imtina etdi

11:57 - 14 İyun 2015

İsrafilovla 3 klub maraqlanır
 
İspaniyanın "Qranada" klubu Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovdan imtina edib.
 
Sportal.az xəbər verir ki, futbolçumuz son mövsümdə bu komandada çıxış etsə də, tərəflər əməkdaşlığa son qoymağa qərar veriblər.
 
Belə ki, "Qranada" Eddini yenidən icarəyə götürməkdən və ona görə "Mursiya"ya 1.5 milyon avro ödəməkdən imtina edib. Bu üzdən də iyunun 30-da İsrafilovun "Qranada" ilə icarə müqaviləsinin müddəti başa çatacaq.
 
Qeyd edək ki, İsrafilovla "Almeriya", "Eybar" və "Vest Bromviç" kimi klublar maraqlanır.

Xəbər xətti