Amerika Kuboku: Benites qapıçının səhvini bağışlamadı VİDEO

03:45 - 17 İyun 2015

Yamayka mübarizəni erkən dayandırdı
 
Amerika Kubokunda qruplarda 2-ci turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, B qrupunda Paraqvay millisi Yamayka ilə qarşılaşıb.
 
İlk turda Argentina yığması ilə bərabərə (2:2) qalan paraqvaylılar bə dəfə minimal hesablı qələbə qazanıb. Belə ki, 36-cı dəqiqədə yamaykalı qapıçının kobud səhvindən Benites fərqlənib. Ardıcıl ikinci dəfə məğlubiyyətlə üzləşən Yamayka millisi kubokda mübarizəni erkən dayandırıb.
 
 
Paraqvay – Yamayka  1:0
Qol:
Benites, 36    

 


 

Xəbər xətti