"Bir neçə dəfə onu "Mançester Siti"yə dəvət etmişəm"

02:44 - 18 İyun 2015

Aquero komanda yoldaşını razı sala bilməyib   

Argentina yığmasının hücumçusu Serxio Aquero komanda yoldaşı Lionel Messi haqqında danışıb.
 
Sportal.az xəbər verir ki, futbolçu Messi ilə hücumda əla tandem olduqlarını və eyni klubda oynamaq istədiyini deyib:
 
“Əlbəttə, Messini “Mançester Siti”də görmək istərdim. Dünyanın ən yaxşı futbolçusunu klubumuza gətirmək elə də asan deyil. Çünki, Messi “Barselona”nı çox sevir. Bir neçə dəfə onu “Mançester Siti”yə dəvət etmişəm. Lakin Messi “Barselona”dan ayrılmaq istəmir”.

 

Xəbər xətti