"Kəpəz" veteranlarla görüşdü

19:55 - 18 İyun 2015

Sabah azarkeşlərlə görüşəcək
 
Bu gün "Kəpəz" klubunun Müşahidə Şurasının üzvləri və rəhbərliyi Gəncə şəhərinin futbol veteranları ilə görüş keçirib.
 
Sportal.az xəbər verir ki, işgüzar şəraitdə keçən görüşdə şəhərdə futbolun mövcud durumu və nəzərdə tutulan işlər barədə ətraflı məlumat verilib.
 
Veteranlar müxtəlif təkliflərlə çıxış ediblər. Onlar bu görüşdən razılıqlarını da dilə gətiriblər.
 
Qeyd edək ki, "Kəpəz" rəhbərliyi sabah azarkeşlərlə də oxşar görüş keçirəcək.

Xəbər xətti