Neymara 4, Bakkaya 2 oyunluq cəza

03:26 - 20 İyun 2015

Braziliyalı ulduz üçün turnir başa çatdı    
 
Amerika Kubokunda braziliyalı ulduz Neymarın Kolumbiya yığmasının hücumçusu Bakkayla arasında baş verən qalmaqala aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, İntizam komitəsinin qərarına əsasən hər iki futbolçu həm cəzalanıb, həm də cərimələnib.
 
Bakka 2 oyunluq cəza alıbsa, Neymar 4 oyun yığma komandasına kömək edə bilməyəcək. Bundan savayı braziliyalı ulduza 10 min, kolumbiyalı futbolçuya isə 5 min dollar cərimə kəsilib. Belə olan halda Neymar üçün Amerika Kuboku turnirinin başa çatdığını demək olar.                
 
Qeyd edək ki, Braziliya ilə qarşılaşmada Kolumbiya millisi 1:0 hesabı ilə qalib gəlib.  

Xəbər xətti