Neymar çilili hakimi təhqir edib

02:10 - 21 İyun 2015

Braziliyalı futbolçu bağışlanacağmı?
 
Amerika Kubokunda kolumbiyalı hücumçu Bakkayla dava salan braziliyalı ulduz Neymar 4 oyunluq cəzalanıb.
 
Sportal.az xəbər verir ki, Braziliya Futbol Federasiyası komandanın aparıcı üzvünün cəzasını azaltmaq üçün Apellyasiyaya müraciət edib.
 
Lakin “sambaçı” həmin oyunda yalnız rəqib futbolçuyla deyil, həm də çilili baş hakim Enrike Ossesaya əsəbləşib. Belə ki, qalmaqalın sonunda qırmızı vərəqə alan Neymar meydanı tərk edərkən referiyə belə deyib: “Sən nə istəyirsən? Mənim hesabıma ulduz olmaq”
  

Xəbər xətti