Amerika Kuboku: Braziliya – Venesuela 2:1 VİDEO

04:25 - 22 İyun 2015

Beşqat dünya çempionları növbəti mərhələdə   
 
Amerika Kubokunda 3-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Ç qrupunun digər matçında Braziliya və Venesuela yığma komandaları üz-üzə gəlib.
 
9-cu dəqiqədə beşqat dünya çempionlarını Tyaqo Silva hesabda önə çıxarıb. Fasiləyə minimal üstünlüklə yollanan braziliyalılar ikinci hissənin əvvəlində Firminoyla hesab arasındakı fərqi artırıb. Yalnız matçın sonunda venesuellalılardan Nikolas Fedor bu qollardan birinin əvəzini çıxa bilib.
 
Bu qələbə sayəsində Braziliya yığması növbəti mərhələyə vəsiqə qazanıb.  
 
 
 
Braziliya – Venesuela  2:1
Qollar:
Tyaqo Silva, 9, Firmino, 51 – Nikolas Fedor, 84.

 

Xəbər xətti