Pirlo yeni klubunda illik nə qədər qazanacaq?

17:32 - 22 İyun 2015

36 yaşlı futbolçuya...

 

Növbəti mövsümdən Amerikanın "Nyu-York Siti" klubunda çıxış edəcəyi gözlənilən "Yuventus"un ulduz futbolçusu Pirloya orada qazanacağı məbləğin miqdarı bəlli olub.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 36 yaşlı futbolçunun "Nyu-York Siti"də illik 5-6 milyon qazanacağı gözlənilir.

 

Qeyd edək ki, Pirlo geridə qalan mövsüm "Yuventus"da çıxdığı 33 matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti