"Kəpəz" Bakıda bu komandalarla qarşılaşacaq

13:38 - 23 İyun 2015

Hər üçün oyun "Dalğa Arena"da keçiriləcək
 
“Kəpəz”in yoxlama oyunu keçirəcəyi daha üç rəqibin adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, iyulun 1-dən 10-na kimi Bakıda təlim-məşq toplanışı keçirəcək komanda ölkə paytaxtında üç sınaq oyununda meydana çıxacaq.
 
Gəncə təmsilçisinin ilk rəqibi “Sumqayıt” olacaq. Bu rəqiblə görüş iyulun 4-nə planlaşdırlıb. Matç saat 18:00-da başlayacaq. Ayın 7-də “Kəpəz” AZAL-la oynayacaq. Bu oyunun da başlama saatı eynidir. Komanda son yoxlama görüşünü iyulun 10-da keçirəcək. “Sarı-göylər”in rəqibi 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması olacaq. Qarşılaşmanın start fiti saat 11:00-da veriləcək.
 
Hər üç oyun “Dalğa Arena”da keçiriləcək.

Xəbər xətti