Maradonanın ailəsində itki baş verib

00:50 - 26 İyun 2015

Argentinalı əfsanənin atası vəfat etdi
 
Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ailəsində itki baş verib.
 
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssisin atası 87 yaşında dünyasını dəyişib.
 
İyunun 2-də ürək tutması ilə Buenos-Ayres xəstəxanaların birinə çatdırılan sabiq futbolçunun atası koma vəziyyətində idi. Atasının səhəttinin pisləşməsi xəbəri alan Maradona dərhal Dubaydan vətəninə qayıdıb. Lakin həkimlərin səyinə baxmayaraq, komada olan Don Dieqonu həyata qaytarmaq mümkün olmayıb.      

Xəbər xətti