Hakimin qeyd dəftərçəsini cıran futbolçu cəzalandı

02:17 - 26 İyun 2015

ABŞ millisinin hücumçusu həm də cərimələndi  
 
ABŞ liqasında çıxış edən “Sietl Saunders”in futbolçusu Klint Dempsi 6 oyunluq cəzalandırılıb.
 
Sportal.az xəbər verir ki, ABŞ milli komandasının hücumçusu “Portlend Timbers”lə oyunda etdiyi hərəkət ona baha başa gəlib.
 
Oyunun gedişində ona göstərilən sarı vərəqəni qəbul edə bilməyən futbolçu hakimin qeyd dəftərçəsini əlindən alaraq cırıb. Matçın hakimi isə öz növbəsində ikinci vərəqə ilə Dempsini oyundan uzaqlaşdırıb. Bu hərəkətinə görə ABŞ federasiyası futbolçunu 6 oyunluq cəzalandırıb həm də pul cəzası kəsib.

Xəbər xətti