Forlan yeni klubunda nə vaxt debüt edəcək?

01:55 - 28 İyun 2015

Uruqvaylı hücumçu “Malaqa”ya qarşı oynayacaq  
 
Uruqvay milli komandasının sabiq hücumçusu Dieqo Forlanın “Penyarol” klubunda debütü avqustun 1-də baş tutacaq.
 
Sportal.az xəbər verir ki, Uruqvayın ən titullu klublarından sayılan “Penyarol” həmin gün İspaniya “Malaqa”sı ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
 
Bu qarşılaşmada yeni tarnsfer Dieqo Forlanın da klubda debüt edəcəyi gözlənilir. Uruqvaylı futbolçu “Penyarol” ilə razılığa gəlsə də,  klub hələ də onunla rəsmi müqavilə bağlamayıb.
 
Vaxtı ilə “Mançester Yunayted”, “Vilyarreal”, “Atletiko”, “İnter” klublarında forma geyinən Dieqo Forlanın sonuncu komandası Yaponiyanın “Sereso Osaka” olub.       

Xəbər xətti