Paraqvaylı futbolçunun əmisi həyəcandan vəfat etdi

01:31 - 29 İyun 2015

Qosalesin penalti vuruşu faciəylə nəticələndi  
 
Amerika Kubokunun 1/4 final mərhələsində Braziliya və Paraqvay yığmalara arasında qarşılaşma ikincilərin qələbəsi ilə başa çatıb.
 
Sportal.az xəbər verir ki, oyundan sonra paraqvaylı futbolçu Derlis Qonsales qələbə sevincini doyunca yaşaya bilməyib.
 
Oyunun gedişində penalti vuruşunu qola çevirərək hesabı bərabərləşdirən Qonsalesin əmisi televiziyada oyunu izlərkən həyəcandan ürıəyi dözə bilməyib və vəfat edib. Faciəvi hadisəylə bağlı futbolçuya həyat yoldaşı məlumat verib. Qonsales yaşananları öz “tvitter” səhifəsində paylaşıb.
 
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçi 2014-cü ildən “Bazel” klubunun şərəfini qoruyur.

Xəbər xətti