"Kəpəz"dən daha iki transfer

00:10 - 30 İyun 2015

Qərb təmsilçisi müdafiə və yarımmüdafiəni gücləndirdi
 
Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Kəpəz" klubu heyətinə daha iki yeni futbolçu qatıb.
 
Sportal.az xəbər verir ki, Qərb təmsilçisi müdafiə və yarımmüdafiə xəttini gücləndirib.
 
Ötən mövsüm "Simurq"da çıxış edən Tural Axundovla AZAL-ın sabiq futbolçusu Şəhriyar Rəhimov yeni mövsümü "Kəpəz"də keçirəcək. Gəncə təmsilçisiylə razılığa gələn hər iki futbolçu artıq komandanın məşqlərinə qoşulub.
 
Qeyd edək ki, "Kəpəz" buna qədər Bəxtiyar Soltanov ("Qəbələ"), Tərlan Quliyev, Şəhriyar Əliyev (hər ikisi "Qarabağ", icarəyə), Ceyhun Cavadov, Tural Nərimanov (hər ikisi "Rəvan"), Rəşad Əzizli ("Simurq") və Azad Kərimovu ("Bakı") heyətinə cəlb edib.  

Xəbər xətti