"Zirə"nin yeni transferi: "Ən azı 3-4-cü yerlər uğrunda mübarizə aparmaq olar"

12:22 - 30 İyun 2015

"Belə transferlər olursa..."

 

Xəbər verdiyimiz kimi, Premyer Liqaya yüksələn "Zirə" "Qəbələ"dən ayrılan müdafiəçi Ruslan Tağızadə ilə 1 illik müqaviləyə imza atıb.

 

Sportal.az-a açıqlamasında Tağızadə transferini belə dəyərləndirib:

 

"Zirə" debütant olsa da, heyətdə hələki yaxşı və tanınmış futbolçular yer alır.  İnanıram ki, komanda heç də özünü debütant kimi aparmayacaq. Əgər belə transferlər olursa, Premyer Liqada ən azı 3-4-cü yerlər uğrunda mübarizə aparmaq olar".

Xəbər xətti