Emin Nuri oynadı, komandası xal itirdi

13:23 - 6 İyul 2015

14-cü turun matçı

 

İsveç çempionatının yüksək liqası sayılan Allsvenskanda 14-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Emin Nurinin şərəfini qoruduğu “Kalmar” doğma meydanda AİK-lə üz-üzə gəlib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Futbolçumuz 90 dəqiqə meydanda olub. O, matçın 67-ci dəqiqəsində sarı vərəqə ilə yadda qalıb.


Qeyd edək ki, “Kalmar” 16 xalla 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti