"Bakı"da yeni baş məşqçi

16:48 - 6 İyul 2015

Komandanı Novruz Əzimov çalışdıracaq

 

Premyer Liqasını tərk edən "Bakı" baş məşqçi İbrahim Uzuncayla yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, rəhbərlik türk mütəxəssislə müqaviləni uzatmaq istəməyib.

 

Artıq komandanın kimin çalışdıracağı da məlumdur. Belə ki, bundan sonra  paytaxt təmsilçisinə Novruz Əzimov başçılıq edəcək.

 

“Bakı”nın növbəti mövsüm Premyer Liqa və ya birinci divizionda çıxış edəcəyi hələ dəqiqləşməyib.

Xəbər xətti