"Sumqayıt"ın futbolçusu rəsmən "Kəpəz"də

10:55 - 7 İyul 2015

1 illik icarə

 

“Kəpəz” təlim-məşq toplanışı ilə yanaşı, transfer çalışmalarını da sürdürür.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda “Sumqayıt”dan Budaq Nəsirovu bir illik icarəyə götürüb. 19 yaşlı yarımmüdafiəçi “sarı-göylər”in heyətinə qatdığı 17-ci, icarəyə götürdüyü 3-cü futbolçu olub.

 

Nəsirovdan öncə “Qarabağ”dan Şəhriyar Əliyev ilə Tərlan Quliyev heyətə cəlb olunub.

Xəbər xətti