Elmir Vəliyev "Kəpəz"lə görüşdü

00:36 - 8 İyul 2015

O, nəticədən razı qaldığını bildirib
 
“Kəpəz” – AZAL yoxlama oyununu tribunalardan azsaylı azarkeşlərlə yanaşı, Gəncə klubunun Müşahidə Şurasının sədri Elmir Vəliyev, qurumun üzvü Mikayıl Nərimanoğlu və icraçı direktor Mehman Allahverdiyev də izləyib.
 
Sportal.az xəbər verir ki, oyun başa çatdıqdan sonra onlar  futbolçular və məşqçilər korpusu ilə görüşüb. 
 
Komandanı qələbə münasibəti ilə təbrik edən Elmir Vəliyev oyundan və nəticədən razı qaldığını bildirib. Vəliyev “Kəpəz”in belə qələbələrlə azarkeşləri çempionat oyunlarında sevindirməli olduğunu söyləyib.

Xəbər xətti