Millimizin sabiq üzvü Latviya klubunda FOTO

18:06 - 10 İyul 2015

"Liepaya" komandası ilə müqavilə imzalayıb

 

Azərbaycan yığmasının və “Sumqayıt”ın sabiq hücumçusu Vüqar Əsgərov karyerasını yenidən bərpa edib.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu  karyerasını yenə Latviyada davam etdirəcək.

 

O, birinci liqada çıxış edən "Liepaya" komandası ilə müqavilə imzalayıb. Müqavilə bir illik nəzərdə tutulub. Əsgərov yeni komandasında 9 nömrəli forma ilə çıxış edəcək.

 

Xəbər xətti