Şahin Diniyev: "Komanda layiq olduğu qələbəni qazandı"

18:23 - 10 İyul 2015

Çətin oyun oldu

 

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev bu gün 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması ilə oyundan sonra klubun mətbuat xidmətinə fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, tərcürəbli mütəxəssis komandasının 4:1 hesabı ilə qələbə qazanmasına belə şərh verib: 


“Əvvəlcə onu deyim ki, çətin oyun oldu. Hava olduqca isti idi. Belə havada oynamaq, qaçmaq böyük fiziki güc tələb edir. Buna baxmayaraq, futbolçular meydanda mübarizə aparmağı bacardılar. Oyunda 13 oyunçuya şans verdim. Dəyişiklik az oldu, bu da bəzi futbolçuların zədəli olması ilə bağlı idi. Komanda meydanda oyun göstərib, layiq olduğu qələbəni qazandı. Bunun üçün şadam”.

Xəbər xətti