Şahin Diniyev: 50-yə bir addım qaldı

14:24 - 12 İyul 2015

Doğum gününü qeyd edir

 

Bu gün “Kəpəz”in baş məşqçisi Şahin Diniyevin doğum günüdü.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssisin 49 yaşı tamam olur.

 

Futbolçu kimi Azərbaycan klubları ilə yanaşı, Rusiya və İsrail kimi ölkələrdə oynayaraq legioner həyatı yaşamış Şahin Diniyev karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyətinə başlayıb. Azərbaycan yığma komandasını çalışdırmış mütəxəssis “Qarabağ”, “Kəpəz” və “Rəvan”da işləyib. Həmçinin, Rusiyanın “Terek” klubunda çalışıb.

 

Sportal.az-ın kollektivi Şahin Diniyevi doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində uğurlar arzulayır.

Xəbər xətti