Tiflisdə Super Kubok oyununa bilet satışı başladı

17:57 - 12 İyul 2015

22 min bilet Gürcüstan vətəndaşlarına satılacaq

 

Gürcüstanın paytaxtı Tiflisdəki Mixail Mesxi adına stadionun kassalarında UEFA Super Kuboku matçına bilet satışı başlanıb. 

 

Sportal.az xəbər verir ki, İspaniyanın "Barselona" və "Sevilya" klublarının üz-üzə gələcəyi oyun üçün Gürcüstan tərəfinə 30 min bilet ayrılıb. 

 

Onlardan 8 mini onlayn-satışla sahibini tapıb. Əcnəbilər bu satışdan 6 min bilet əldə ediblər. Qalan 22 min bilet Gürcüstan vətəndaşlarına satılacaq. Hər bir şəxsiyyət vəsiqəsi ilə 4 bilet almaq olar. 

 

 

Qeyd edək ki, avqustun 11-də Tiflisdəki Boris Payçadze adına stadionda keçiriləcək "Barselona" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. 

Xəbər xətti