"Zirə"də yeni təyinat

11:49 - 13 İyul 2015

İcraçı direktor məlum oldu

 

“Zirə” klubunda yeni icraçı direktor təyin olunub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Natiq İsmayılov bundan sonra klubun icraçı direktoru vəzifəsində çalışacaq. Daim gənc kadrlara güvənən klub rəhbərliyi Natiq İsmayılovun da perspektivinə inanaraq ona böyük etimad göstərib. Natiq İsmayılovun futbol adamı olması da bu təyinatın rəsmiləşməsinə təsir edib. Əsasən bu sahənin peşəkarlarına güvənən klub rəhbərliyi gənc yaşlarına qədər futbol oynamış İsmayılovu icraçı direktor təyin edib.

 

Qeyd edək ki, Natiq İsmayılov zədə üzündən futbolçu karyerasını erkən bitirib və bundan sonra məşqçilik kurslarına qatılaraq C kateqosiyasını alıb.

Xəbər xətti