"Barselona" - "Sevilya" matçına bilet satışında qalmaqal VİDEO

13:37 - 13 İyul 2015

Artıq, satış dayanadırıldı

 

Məlum olduğu kimi, UEFA Super kuboku çərçivəsində Tiflisdə keçiriləcək “Barselona” - “Sevilya” oyununun biletləri yerli xalq üçün iyulun 12-i, səhər saatlarından satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, "Mixeil Mesxi" stadionunun kassalarında satılan biletləri almaq istəyənlər iyulun 10-dan Tiflisin Vake parkında çadırlar quraraq, 50 nəfərlik qruplar şəklində növbəyə durublar. Bu qruplar siyahi rəhbəri tərəfindən iki saatdan bir yoxlanılır və eyni adam iki dəfə yerində olmursa o, avtomatik olaraq növbə siyahısından çıxarılır.

 

Növbəyə duranlar arasında yerli azarkeşlərlə yanaşı, azərbaycanlı vətəndaşların da olduğu deyilirdi. Ölkəmizdən bu matça maraq kifayət qədər çoxdur. Ancaq satış zamanı xüsusən əcnəbi vətəndaşların problem yaşadığı deyilir. 

 

Qeyd edək ki, artıq matç üçün bilet satışı bu gündən dayandırlıb. Bu vaxta qədər, 22 min bilet satıldığı qeyd olunur.

 

Xəbər xətti