Millimizin üzvü: "Eybar"da uğur qazana bilərəm"

01:18 - 14 İyul 2015

İsrafilov yeni komandasına keçidindən danışdı
 
Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov yeni mövsümdən İspaniyanın "Eybar" klubunda çıxış edəcək.
 
Sportal.az xəbər verir ki, müqavilə ilə "Mursiya"ya məxsus olan futbolçumuz yeni klubu ilə bir illik icarə müqaviləsi imzalayıb. Amma "Eybar" növbəti yay onun transfer hüququnu tam almaq şansına da malikdir. La Liqa təmsilçisi artıq Eddini ictimaiyyətə təqdim edib. İsrafilov təqdimat mərasimində bu keçidlə bağlı fikirlərini açıqlayıb:
 
"Növbəti mövsümü "Eybar"da keçirməyin daha yaxşı variant olduğuna qərar verdim. Danışıqlar uğurlu alındı. Fikrimcə, "Eybar"la uğur qazana bilərəm. Komanda yeni mövsümə yaxşı hazırlaşır. "Eybar"ın son mövsümdə sərgilədiyi oyun da xoşuma gəlir. Fikrimcə, öz oyunumla yeni komandama faydalı olacağam".

Xəbər xətti