AÇ-2015: İspaniya – Hollandiya 1:1 VİDEO

02:10 - 14 İyul 2015

Amersfoortun qolu mərhələ keçmək üçün yetmədi
 
Yunanıstanda keçirilən 19 yaşlılar arasında Avropa çempionatının final mərhələsində yarımfinala vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, B qrupunda son tura qədər növbəti mərhələyə çıxmaq şansını saxlayan İspaniya və Hollandiya yığmaları qarşılaşıb.
 
8-ci dəqiqədə Miraninin avtoqolu ispanları hesabda önə keçirib. Fasiləyə məğlub durumda yollanan hollandiyalılar ikinci hissənin əvvəlində penaltini qola çeviriblər. Lakin Amersfoortun bərabərlik qolu Hollandiya yığmasının yarımfinala vəsiqə qazanmasına yetərli olmayıb.     
 
 
13 iyul 
 
İspaniya (U19) – Hollandiya (U-19)  1:1
Qollar:
Mirani, 8-öz qapısına – Amersfoort, 54-pen.

 


 

Xəbər xətti