"Traktor Sazi"də yeni müqavilə FOTO

12:17 - 14 İyul 2015

Daha bir il Təbriz klubunda

 

Cənubi Azərbaycanın paytaxtı Təbrizi təmsil edən "Traktor Sazi" baş məşqçi və heyəti ilə müqaviləni yeniləyib.

 

Sportal.az xəbər verir ki, Təbriz təmsilçisi baş məşqçi Toni Oliveyra və onun köməkçiləri ilə bir illik yeni müqavilə imzalayıb.

 

Qeyd edək ki, T.Oliveyranın çalışdırdığı "Traktor Sazi" ötən mövsüm İran çempionatını ikinci pillədə başa vurub.

 

Xəbər xətti