Çempionlar Liqası: Gecənin sürprizinə "Milsami" imza atdı

01:52 - 15 İyul 2015

Norveç çempionu “Pünik”i darmadağın etdi  
 
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələ oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, qitənin ən nüfuzlu turnirin ilk oyun günündə 12 qarşılaşma baş tutub.
 
Təsnifat mərhələsinə Latviyada keçirilən “Ventspils” Finlandiya HİK-i qarşılaşması ilə başlaylıb. Bu görüşdə sevinən tərəf skandibaviyalılar olub. Belə ki, qonaq komanda Latviya təmsilçisinə 3:1 hesabı ilə qalib gəlib.
 
Günün son qarşılaşması Bosniya və Herseqovinada “Sarayevo” və Polşanın “Lex” komandaları arasında baş tutub. Bu görüşdə də qonaq komanda qələbəni bayram edib. Polşa təmsilçisi səfərdə rəqibini 2:0 hesabı ilə məğlub etməyi bacarıb.  
 
Qeyd edək ki, ilk oyunlar çərçivəsində son 5 qarşlaşma sabah baş tutacaq. Azərbaycan çempionu “Qarabağ” öz meydanında Çernoqoriya təmsilçisi “Rudar”la qarşılaşacaq.

 
14 iyul 
 
Çempionlar Liqası, II təsnifat mərhələsi
 
“Ventspils” (Latviya) - HİK (Finlandiya)  1:3
Qollar: Yemelins, 63 - Zeneli, 75-pen., Yallou, 86, Tanaka, 90+2
 
APOEL (Kipr) - “Vardar” (Makedoniya)  0:0
 
“Midtulland” (Danimarka) - “Linkoln” (Cəbəllütariq)  1:0
Qol: Rasmussen, 33
 
“Ludoqorets” (Bolqarıstan) - “Milsami” (Moldova)  0:1
Qol: Antoniuc, 43
 
“Hibernians” (Malta) - “Makkabi” (Təl-Əviv, İsrail)  2:1
Qollar: Silva, 74, Lima 85 - İqeybor, 22
 
“Molde” (Norveç) - “Pünik” (Ermənistan)  5:0
Qollar: Elyunusi, 36, 44, Kamara, 84, 90+2, Moströ, 90+5
 
TNS (Uels) -  “Videoton” (Macarıstan)  0:1
Qol: Qyurkso, 77
 
“Skenderbeu” (Albaniya) - “Kruzaders” (Şimali İrlandiya)  4:1
Qollar: Nimaqa, 15, Salihi, 34, 83, Berişa, 76 - Ouens, 48
 
“Maribor” (Sloveniya) - “Astana” (Qazaxıstan)  1:0
Qol: Şuler, 5
 
“Trençin” (Slovakiya) - “Styaua” (Rumıniya)  0:2
Qollar: Stansiu, 63, Hamroun, 70
 
“Partizan” (Serbiya) -  “Dila” (Gürcüstan)  1:0
Qol: Baboviç, 83
 
“Sarayevo” (Bosniya və Herseqovina) -  “Lex” (Polşa)  0:2
Qollar: Hamalaynen, 40, Zomalla, 82
 
 
15 iyul
 
21:30. "Qarabağ" (Azərbaycan) - "Rudar" (Monteneqro)
 
22:00. "Malmö" (İsveç) - "Jalgiris" (Litva)
 
22:30. BATE (Belarus) -  "Dandalk" (İrlandiya)
 
23:45. "Seltik" (Şotlandiya) - "Styarnan" (İslandiya)
 
00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Fola" (Lüksemburq)
 

Xəbər xətti