Yeni baş məşqçi təyinatı

16:05 - 15 İyul 2015

Nigeriya millisini Sandey Olise çalışdıracaq

 

Nigeriya milli komandasınınyeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Afrika təmsilçisini yığmanın sabiq üzvü Sandey Olise çalışdıracaq.

 

O, bu vəzifədə Stefen Keşini əvəzləyib. Lakin müqavilənin müddəti açıqlanmayıb.

 

Qeyd edək ki, 1994-cü ildə şərəfini qoruduğu Nigeriya yığması ilə Afrika kubokunu qazanan Olise karyerası ərzində "Yuventus", "Borussiya" və "Ayaks" kimi klublarda çıxış edib.

Xəbər xətti