"Rudar"ın baş məşqçisi: "Bəs biz bir qol vursaq necə olacaq"

23:40 - 15 İyul 2015

Növbəti oyunu səbirsizliklə gözləyirik

 

“Futbolçularımı təbrik edirəm. Necə danışmışdıqsa, o cür də oynadılar”.

 

Sportal.az xəbər verir ki, bunu “Rudar”ın baş məşqçisi Mirko Mariç deyib.

 

Mariç qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında bunları deyib: “Futbolçularımın sona yaxın bir az qüvvələri çatmadı. Amma ümumilikdə razı qaldım”.

 

- Cavab görüşündə bizi necə oyun gözləyir?

- “Qarabağ” yaxşı komandadı. Növbəti oyunu səbirsizliklə gözləyirik. Hazırda istirahət etmək barədə düşünməliyik.

 

- Bu qolsuz bərabərlik sizin əleyhinizə ola bilməz? Çünki “Qarabağ”ın səfərdə vuracağı 1 qol planlarınızı alt-üst edə bilər...

- Bunu biz də dərk edirik. Bəs biz orda bir qol vursaq necə olacaq? Hökm deyil ki, qolu onlar vursunlar. Amma futbolda hər şeyə hazır olmaq lazım

 

Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftə sonra Monteneqroda keçiriləcək.

Xəbər xətti