"Kəpəz"dən daha bir qələbə

13:11 - 16 İyul 2015

Yoxlama matçı

 

Məşqlərini Bakıda davam etdirən "Kəpəz" yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, komanda bu gün I divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb. Matç “Dalğa Arena”da baş tutub.

 

Oyun “sarı-göylər”in 2:0 hesablı qələbəsi ilə sona çatıb. Gəncə klubundan qolları Murad Ağakişiyev və Şəhriyar Rəhimov vurub.

 

Xatırladaq ki, “Kəpəz” bundan öncə Bakıda keçirdiyi 3 yoxlama oyununun hamısında qalib gəlmişdi. Nizami yurdunun təmsilçisi “Sumqayıt”ı 1:0, AZAL-ı 2:1, U-19 yığmasını isə 4:1 hesabı ilə məğlub etmişdi.

Xəbər xətti