"Zirə"yə Türkiyədə xoş sürpriz FOTO

16:42 - 16 İyul 2015

“Ərzuruma xoş gəldiniz”

 

Xəbər verdiyimiz kimi, “Zirə” Premyer Liqaya hazırlığın 2-ci mərhələsini Türkiyədə keçirəcək. Artıq “qartallar” Ərzurumdadır.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda qalacağı “Dedeman Palandökən” otelinə çatanda xoş sürprizlə qarşılanıb. Belə ki, otel rəhbərliyi “Zirə”ni Azərbaycan bayrağı və xüsusi plakatla qarşılayıb. “Ərzuruma xoş gəldiniz” deyən türkiyəlilər “qartallar”a yeni mövsümdə uğurlar arzulayırlar.

 

Xəbər xətti