"Zirə" "Neftçi"dən ayrılan futbolçunu transfer etdi FOTO

20:55 - 16 İyul 2015

2 illik müqavilə imzalanıb

 

Növbəti mövsümə hazırlaşan "Zirə" heyətini  daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Neftçi"dən ayrılan Nicat Qurbanovu heyətinə qatıb. "Qartallar" 23 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb. Nicat Qurbanov yaxın günlərdə komandanın Türkiyə toplanışına qatılacaq.

 

Xəbər xətti