"Kəpəz" Türkiyəyə getdi

13:42 - 17 İyul 2015

10 günlük hazırlıq keçəcək

 

Premyer Liqanın yeni mövsümünün hazırlıqları davam etdirən "Kəpəz” Türkiyəyə yollanıb.

 

Sportal.az xəbər verir ki, komanda dünən axşam saatlarında yola düşüb. Belə ki, əvvəlcə Naxçıvana gedən komanda, oradan Avtobusla Türkiyənin Ərzurum bölgəsinə yola düşüb. Şahin Diniyevin başçılıq etdiyi komanda 10 gün baş tutacaq hazırlıq planı çərçivəsində komandasının gücünü yoxlama görüşlərində sınayacaq. Bundan əlavə yeni legionerlərin də baxışdan keçəcəyi gözlənilir.

Xəbər xətti