Millimizin üzvü oynadı, komandası "Seltik"ə məğlub oldu

00:29 - 19 İyul 2015

Yoxlama matçı

 

Millimizin üzvü Eddi İsrafilovun yeni klubu “Eybar” yoldaşlıq oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Eddinin komandasının rəqibi Şotlandiyanın “Seltik” klubu olub. Həmyerlimizin matça start heyətində başladığı qarşılaşma qlazqoluların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

“Eybar”ın yeganə qoluna oyunun 67-ci dəqiqəsində Arruabarrena imza atıb.

Xəbər xətti