Millimizin üzvü üçün 4 dəqiqə

11:02 - 19 İyul 2015

Yoxlama matçı

 

Almaniyanın "Fortuna" klubu növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.

 

Düsseldorf təmsilçisi İngiltərənin "İpsviç Taun" klubu ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 4:3 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, Erat matçın 86-cı dəqiqəsində meydana çıxıb.

 

Xəbər xətti