"Əlincə" rəhbərliyi komanda üzvləri ilə görüşdü

19:07 - 20 İyul 2015

Yeni baş məşqçini də təqdim etdilər

 

Ötən gün Əlincə FK-nın rəhbərliyi ilə U-17 komandasının üzvləri arasında görüş baş tutub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, yeni mövsümə hazırlığın ilk məşqinə çıxmazdan əvvəl keçirilən iclasda klubun icraçı direktoru Ceyhun Abbasov, direktor müavini Vüqar Cəfərli, klubun administratoru Qənbər Qasımzadə, baş məşqçi Vasif Haqverdiyev, qapıçılar üzrə məşqçi Etibar Şükürov və futbolçular iştirak edib. 

 

Ceyhun Abbasov klubun yeni mövsümə hazırlıq planını açıqlayıb və bu il də klub tərəfindən hər cür şəraitin yaradılacağını futbolçuların diqqətinə çatdırıb. Daha sonra U-17 komandasına yenicə təyin olunmuş baş məşqçi Vasif Haqverdiyev komanda üzvlərinə təqdim edilib. Ardından Vasif Haqverdiyev və Etibar Şükürova söz verilib. Məşqçilər yeni mövsümə hazırlıq və planlarla bağlı fikirlərini futbolçulara çatdırıb.

Xəbər xətti