"Barselona" qələbə ilə başladı

10:45 - 22 İyul 2015

"Los Anceles Qalaksi"yə qarşı

 

Beynəlxalq Çempionlar kubokunun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, ABŞ-da keçirilən yarışda ilk oyununa çıxan "Barselona" "Los Anceles Qalaksi" ilə qarşılaşıb. Bu görüşdə "kataloniyalılar" 2:1 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, digər oyunlarda PSJ "Fiorentina"ya 4:2, "Mançester Yunayted" isə "San Xose"yə 3:1 hesabı ilə qalib gəlib.

Xəbər xətti