"Zirə"nin baş məşqçisi: " Taktiki cəhətdən problemlərimiz var"

11:16 - 22 İyul 2015

"Nəticə bizim üçün önəmli deyildi"

 

Premyer Liqa hazırlığını Türkiyədə davam etdirən "Zirə" ilk yoxlama matçında Gürcüstanın "Şukura" klubu ilə qarşılaşıb və 0:0 hesablı heç-heçəyə imza atıb.

 

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına oyun haqda fikirlərini bölüşən "Zirə"nin baş məşqçisi Adil Şükürov bunları qeyd edib:

 

"Bu oyunda komandanın yüklənmə dövründə özünü necə hiss etdiyini bilmək istəyirdik. Üzərində işlədiyimiz taktiki tapşırıqların necə qavrandığını və kollektiv oyunun hansı formada olduğunu öyrənməyə çalışdıq. Nəticə bizim üçün önəmli deyildi. Böyük hesabla uduza və ya qələbə qazana da bilərdik. Əsas qeyd etdiyim məsələlərdi. Ayrı-ayrı epizodlarda yaxşı oynadıq. Ancaq taktiki cəhətdən problemlərimiz var. Bunları aradan qaldırmaq üçün çox çalışmalıyıq. Ümumiyyətlə görüləcək işlər çoxdur. Oyun təcrübəsinin azlığından yaranan səhvlər də var”.

Xəbər xətti