Milinko Pantiç Azərbaycana niyə gəlir?

15:02 - 22 İyul 2015

"Atletiko"nun ulduzları da Bakıya gələcək

 

"Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiç yenidən Azərbaycana gələcək.

 

Sportal.az xəbər verir ki, bu barədə bu gün "Bakı"nın bazasında keçirilən brifinqdə jurnalistlərə klubun icraçı direktoru Yaşar Seyidov açıqlama verib.

 

Onun sözlərinə görə, serbiyalı mütəxəssis İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubları arasında əlaqələndirici rolunu oynayacaq. "Bakı" nəzdində yaradılacaq 8 yaşdan yuxarı uşaqlar üçün pullu qruplardan seçiləcək futbolçular "Lans" və ya "Atletiko"ya göndəriləcəklər.

 

Eyni zamanda bu iki klubun dünya ulduzları Bakıya gələrək, uşaqların məşqlərini izləyəcəklər.

Xəbər xətti