Qara Qarayev "Malaqa"da ilk məşqinə çıxdı

16:05 - 23 İyul 2015

"İlk məşqimə çıxmağıma baxmayaraq, çətinlik çəkmədim"

 

"Əlincə" klubunun yetirməsi olan Qara Qarayev "Malaqa"nın U-19 komandasının heyətində ilk məşqinə çıxıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Q.Qarayev İspaniya təmsilçisinin heyətində keçirdiyi ilk məşqdən məmnun olduğunu bildirib:

 

"Bəli, ilk məşqimə çıxdım. Burada çox yaxşı qarşılandım. Hər şeydən məmnunam. Çox güclü məşqlər keçirilir. İlk məşqimə çıxmağıma baxmayaraq, çətinlik çəkmədim".

Xəbər xətti