"Kəpəz"in ikinci sınağı

17:27 - 23 İyul 2015

Gürcüstan klubuna qarşı

 

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən "Kəpəz" bu gün ikinci yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, "sarı-göylər"in rəqibi Gürcüstanın yüksək liqasında çıxış edən "Şukura" klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Görüş Ərzurum Bələdiyyəsinə məxsus meydançada keçiriləcək.

 

Xatırladaq ki, Gəncə klubu Türkiyədə ilk oyununu iyulun 21-də "1461 Trabzon" klubuna qarşı keçirib. Matç "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə nəticələnib.

 


23 iyul

 

19:30. "Kəpəz" (Azərbaycan) - "Şukura" (Gürcüstan)

Xəbər xətti