"Seltik" - "Qarabağ" matçının hakimləri bəlli oldu

02:55 - 24 İyul 2015

Şotlandiyada ədaləti kimlər qoruyacaq? 
 
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda keçiriləcək "Seltik" (Şotlandiya) -"Qarabağ"  matçının hakimləri müəyyənləşib.
 
Sportal.az "Qarabağ"ın rəsmi saytına istinadən xəbər verir ki, oyunu avstriyalı hakimlər briqadası idarə edəcək.
 
Matçın baş hakimi Robert Şorgenhofer olacaq. Ona həmyerliləri Matias Vinsaue və Riçard Hubler köməklik edəcək. Dominik Ouşan isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, iyulun 29-da "Seltik Park" arenada keçiriləcək "Seltik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.  

Xəbər xətti