"Əlincə"nin yeni baş məşqçisi məlum oldu

12:48 - 25 İyul 2015

"Zirə"dən "Əlincə"yə

 

"Əlincə"nin U-16 komandasından sonra U-13 komandasının da baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda B kateqoriyalı məşqçi Azər Cabbarova həvalə olunub. Cabbarov ötən mövsüm "Zirə" klubunda köməkçi məşqçi vəzifəsini icra edib. Bundan əvvəl isə, o "Neftçala"da baş məşqçinin köməkçisi kimi fəaliyyət göstərib.

 

Azər Cabbarov futbolçu kimi "Xəzri" (Buzovna), "Fərid" , "Bakılı" , "Kəpəz" , "Qarabağ" , "MKT-Araz" , "Qəbələ" , "Karvan" , "Muğan" , "Abşeron" və "Neftçala" kimi klubların şərəfini qoruyub.

Xəbər xətti