"Qarabağ"ın cavab matçı isveçlilərə tapşırıldı

13:40 - 25 İyul 2015

Hakimlər bəllidi

 

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Şotlandiya "Seltik"i ilə keçirəcəyi cavab matçına bütün təyinatlar müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Bakıdakı cavab görüşünü isveçli hakimlər briqadası idarə edəcək.

 

 

5 avqust

 

21:30. "Qarabağ" - "Seltik"

Baş hakim: Martin Strömberqsson

Yan xətt hakimləri: Daniel Qustavsson, Stefan Hallberq

Dördüncü hakim: Yohan Hamlin (hamısı İsveç)

Hakim-inspektor: Alen Hamer (Lüksemburq)

UEFA nümayəndəsi: Peter Lundström (Finlandiya)

Xəbər xətti